12 C
Baku
Monday, November 25, 2024

Mask “Twitter”də yeni ixtisarlar planlaşdırır

“Twitter”in yeni rəhbəri İlon Mask şirkətdə yeni ixtisarlar dalğası planlaşdırır. “Bloomberg”in məlumatına görə, ixtisarlar satış və tərəfdaşlıq münasibətləri ilə məşğul olan işçilərə təsir edə bilər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bloomberg”ə görə, cənab Mask iş vaxtının artırılması üçün heyətə ultimatum qoyub. Əks təqdirdə, işdən çıxma müavinətini alaraq şirkətdən uzaqlaşmağı xahiş edib.

İlon Mask “Twitter”i noyabrın sonunda 44 milyard dollara alıb. Bundan sonra iş adamı şirkətin işçilərinin yarısını ixtisar edib. Milyarder moderasiya qaydalarını sadələşdirəcəyini və istifadəçilərin verifikasiyasına yenidən baxacağını deyib.

Son xəbərlər
Digər xəbərlər