7 C
Baku
Sunday, December 15, 2024

Mask “Twitter”i almaq üçün əlavə $6.25 mlrd. ayırır

Sahibkar İlon Mask “Twitter”i almaq üçün əlavə 6.25 milyard dollar ayırdığını açıqlayıb. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, ümumilikdə milyarder sosial şəbəkəyə 33.5 milyard dollar xərcləməyə hazır olduğunu deyib.

İlon Mask “Twitter”i almaq istəyini aprel ayının sonunda səsləndirib. O aylarda müqavilənin dəyəri təxminən 44 milyard dollar olub. İlkin olaraq sahibkar banklardan 25.5 milyard dollar borc götürməyi və öz pulundan 21 milyard dollar qoymağı planlaşdırıb.

Mayın 13-ü o, sosial şəbəkədə saxta hesabların sayını yoxlamaq zərurəti ilə əlaqədar müqaviləni dayandırdığını elan edib. Mayın 15-i isə İlon Mask botların sayı 5%-dən az olmayana qədər “Twitter”i almayacağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər