25 C
Baku
Saturday, July 20, 2024

Mask “Twitter”in adının dəyişdirilməsinə izah gətirib

“Twitter”in adının dəyişməsi və quş loqosundan imtina etməsi “hər şey üçün” olan proqramın yaradılması ilə bağlıdır, bu barədə sosial şəbəkənin sahibi milyarder İlon Mask yazıb. Onun sözlərinə görə, rebrendinq etmiş “Twitter” hərtərəfli kommunikasiya və maliyyə idarəetmə imkanlarını təmin edən “Service X” üçün sürətləndirici olacaq.

“Twitter” adının bu kontekstdə mənası yoxdur, ona görə də quşla vidalaşmaq məcburiyyətindəyik”, – deyə Mask yazıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Onun sözlərinə görə, “Twitter” istifadəçilərin 140 simvoldan ibarət qısa mesajlar göndərməklə ünsiyyət qura bildiyi zaman məna kəsb edirdi, lakin indi platformada demək olar ki, hər şeyi, o cümlədən saatlıq videoları paylaşmaq mümkündür.

İstifadəçilərin suallarını cavablandıran Mask bildirib ki, bundan sonra tvitlər “ikslər” adlanacaq, retvit anlayışı isə yenidən nəzərdən keçiriləcək.

“Twitter” iyulun 24-də loqosunu mavi quşdan qara fonda ağ “X” hərfinə dəyişib. Mask həmin gün şirkətin baş ofisinin fotosunu paylaşıb, “X” hərfi binanın üzərinə proyeksiya edilmişdi.

Son xəbərlər
Digər xəbərlər