6 C
Baku
Sunday, December 15, 2024

Mask “Twitter”in direktorlar şurasını buraxıb

“Twitter”in yeni sahibi İlon Mask şirkətin direktorlar şurasını istefaya göndərib. Beləliklə, o, şirkətin yeganə direktoru olub. İş adamının sözlərinə görə, “bu müvəqqətidir”.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bundan əlavə, “Financial Times”ın məlumatına görə, “Twitter”in həmtəsisçisi Cek Dorsi şirkətdəki payını saxlayıb. O, təxminən 1 milyard dollar dəyərində 18 milyondan çox səhmə sahibdir. Cənab Dorsi daha əvvəl cənab Maskı şirkəti almağa çağırıb və onun qərarını dəstəkləyib.

Xatırladaq ki, İlon Mask “Twitter”i almaq üçün 27 oktyabrda müqavilə bağlayıb. Əməliyyatın məbləği 44 milyard dollar təşkil edib. Bir neçə gün ərzində cənab Mask şübhəli və ya kiçik səbəblərdən dayandırılmış hesabları bərpa etmək və məzmunun moderasiya şurası yaratmaq planlarını, həmçinin hesabın yoxlanılması prosesini nəzərdən keçirmək niyyətini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər