21 C
Baku
Tuesday, October 28, 2025

Mask “Vikipediya”nın analoqu olan “Grokipedia”nı işə salıb

“Business Insider”in məlumatına görə, İlon Maskın yaratdığı “Grokipediya” artıq istifadəyə verilib. O, 885 279 məqalədən ibarətdir. Müqayisə üçün, “Vikipediya”da 8 milyondan çox məqalə mövcuddur.

Hazırda “Grokipediya” 0.1 versiyasında fəaliyyət göstərir. Əsas səhifədə yalnız axtarış sətri mövcuddur. Mask bildirib ki, onun saytı “Vikipediya”ya “daha az qərəzli alternativ”dir, lakin “The Washington Post” qeyd edir ki, əslində “Grokipedia” öz fəaliyyət prinsipləri baxımından daha az şəffafdır.

“Grokipedia” ensiklopediyası “Grok AI” bazasında işləyir. “Grok” modeli 2023-cü ilin noyabrında işə salınıb və dərhal sahibkarın sosial şəbəkəsi “X”ə inteqrasiya edilib. 2025-ci ilin fevralında isə Maskın “xAI” şirkəti öz dil modellərinin yeni nəsli — “Grok 3″ü təqdim edib.

Son xəbərlər
Digər xəbərlər