27 C
Baku
Sunday, July 21, 2024

Mask: “X” sosial şəbəkəsinə maliyyə alətləri də əlavə ediləcək

“X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask 2024-cü ilin sonunadək istifadəçilərə pul köçürmələri və qiymətli kağızlar almaq imkanı verən maliyyə xidmətlərini təqdim etməyi planlaşdırır. Bu barədə “The Verge” portalı “X” əməkdaşlarının cümə axşamı, oktyabrın 26-da baş tutan görüşünün audioyazısına istinadən yazıb.

“Söhbət pula gəldikdə, bizim platformamızda bu olacaq. Pul, qiymətli kağızlar və ya başqa bir şey. Artıq bank hesabına ehtiyacınız olmayacaq”, – milyarder bildirib.

“X” şirkətinin baş direktoru Linda Yakkarinonun sözlərinə görə, şirkət bu qabiliyyətin 2024-cü ildə istifadəyə veriləcəyini görür. “The Verge”in məlumatına görə, şirkət hazırda bütün ABŞ-da pul köçürmə lisenziyaları əldə etməyə çalışır.

Mask “Twitter”i 2022-ci il oktyabrın 27-də 44 milyard dollara alıb, 24 iyulda isə “Twitter”in adı dəyişdirilib və “X” olub. Sosial şəbəkənin rebrendinqindən sonra “Twitter”də yazılan yazılar “tvitlər” deyil, “X” adlandırılmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər