7 C
Baku
Thursday, February 12, 2026

Mask “xAI”nin yenidəntəşkili ilə əlaqədar menecerlərin bir qismini işdən çıxarıb

İlon Maskın təsis etdiyi “xAI” şirkətinin strukturu yenidən təşkil edilib və bu çərçivədə bəzi menecerlər işdən azad olunub. Milyarder bu barədə “X” sosial şəbəkəsində yazıb.

“xAI bir neçə gün əvvəl işlərin icra sürətini artırmaq üçün yenidən təşkil olundu. Şirkətin strukturu hər canlı orqanizm kimi təkamül etməlidir”, — deyə Mask yazıb və əlavə edib ki, şirkət Ay layihəsinin inkişafında iştirak etmək istəyən yeni əməkdaşları fəal şəkildə işə götürür.

“Bu, təəssüf ki, bəzi insanlarla yolları ayırmağı tələb etdi. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”, — deyə o qeyd edib.

Fevralın 3-də “SpaceX” Maskın təsis etdiyi və “Grok” çat-botunun yaradıcısı olan startap “xAI”ni satın alıb. Sahibkar birləşmiş şirkətin əsas məqsədinin süni intellektlə işləyən peyklərin Yer orbitinə buraxılması olduğunu bildirib.

“Bloomberg” daha əvvəl birləşmiş şirkətin səhmlərinin təxmini qiymətini 527 dollar, ümumi bazar dəyərini isə 1,25 trilyon dollar səviyyəsində proqnozlaşdırıb.

“Forbes”in qiymətləndirməsinə görə, Mask 2025-ci ilin dekabrında sərvəti 600 milyard dollara çatan tarixdə ilk insan olub. Fevralda isə onun sərvətinin dəyəri 800 milyard dolları keçib.

Son xəbərlər
Digər xəbərlər