15 C
Baku
Sunday, November 24, 2024

Mask yeni ətirinin satışını elan etdi və bir milyon dollarlıq sifariş aldı

Dünyanın ən zəngin iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində “Yanmış saç” (“Burned Hair”) adlı ətirin satışına başladığını açıqlayıb.

O, bu ətri sentyabrın sonunda təqdim edib. Oktyabr ayında isə ətir şüşəsinin dizaynı açıqlanıb.

Cari ayın 12-də Mask ətrin satışına başlayıb və əvvəlcədən ödəniş olunmaqla artıq ən azı 10 min şüşə sifariş alıb. Alıcılar sifarişlərini 2023-cü ilin birinci rübündə təslim alacaqlar.

Bir şüşə ətirin qiyməti 100 dollardır. Mask vəd edir ki, ətrin sahibi “izdihamdan seçilə” və “hava limanında gəzərkən diqqət çəkə” biləcək.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər