İş adamı İlon Mask yenidən “Meta” şirkətinin rəhbəri Mark Zukerberqə səfərdən qayıdanda döyüşməyi təklif edib. Milyarder bu barədə “Twitter”də yazıb.
“Onun getdiyini dedilər. Bəlkə o qayıdanda döyüşə bilərik?”, – Mask bildirib. Sonra başqa bir sual verib: “Niyə o mənimlə döyüşmək istəmir?!”.
Xatırladaq ki, Mark Zukerberq avqustun əvvəlində Maskla döyüşməyə hazır olduğunu bildirib və 26 avqust tarixini seçib. Həmin gün Mask boynunun və kürəyinin MRT-dən keçəcəyini bildirib. O, sumo güləşçisi ilə döyüşdən sonra bel ağrısından şikayətlənib.
Ümumilikdə, döyüş keçirməyi İlon Mask təklif edib. Buna səbəb “Meta”nın “Twitter”ə rəqib olan “Threads” tətbiqini yaratması olub.