16 C
Baku
Wednesday, May 1, 2024

Mask Zukerberqə səfərdən sonra döyüşməyi təklif edib

İş adamı İlon Mask yenidən “Meta” şirkətinin rəhbəri Mark Zukerberqə səfərdən qayıdanda döyüşməyi təklif edib. Milyarder bu barədə “Twitter”də yazıb.

“Onun getdiyini dedilər. Bəlkə o qayıdanda döyüşə bilərik?”, – Mask bildirib. Sonra başqa bir sual verib: “Niyə o mənimlə döyüşmək istəmir?!”.

Xatırladaq ki, Mark Zukerberq avqustun əvvəlində Maskla döyüşməyə hazır olduğunu bildirib və 26 avqust tarixini seçib. Həmin gün Mask boynunun və kürəyinin MRT-dən keçəcəyini bildirib. O, sumo güləşçisi ilə döyüşdən sonra bel ağrısından şikayətlənib.

Ümumilikdə, döyüş keçirməyi İlon Mask təklif edib. Buna səbəb “Meta”nın “Twitter”ə rəqib olan “Threads” tətbiqini yaratması olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər