Əhalinin böyük kütləsində immunizasiya yaratmayana qədər maskalardan istifadə etməliyik.
Banker.az xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, vasksin vurdurmaq o demək deyil ki, maskadan istifadə etmək lazım deyil.
Onun sözlərinə görə vaksin iki dozada vurulur. “İkinci dozadan 2-3 həftə sonra immun yaranır. Buna görə əhalinin böyük hissəsi vaksinasiya olunana qədər maska taxılmalıdır”.
O qeyd edib ki, vaksinin alınması üçün sərf olunan vəsait şəffaf şəkildə açıqlanacaq.