11 C
Baku
Tuesday, December 24, 2024

Maskın 44 mlrd. dollara aldığı “X”in dəyəri 9.4 mlrd. dollara düşüb

“Fidelity”nin yeni qiymətləndirməsinə görə, İlon Maskın “X” şirkəti əvvəlki 44 milyard dollarlıq dəyərinin dörddə biri səviyyəsinə düşüb, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir. Bildirilir ki, “X” sosial şəbəkəsinin dəyəri təxminən 78.7% azalıb və hal-hazırda 9.4 milyard dollar təşkil edir.

Tənzimləyici sənədlərinə görə, “Fidelity” ilkin olaraq “Blue Chip Fund” vasitəsilə “X”ə 19,66 milyon dollar sərmayə qoyub. Bu, “Fidelity”nin “X”dəki payının dəyərini ilk dəfə azaltması deyil. “Fidelity” iyulun sonunda “X”dəki səhmlərini təxminən 5.5 milyon dollar dəyərində qiymətləndirib.

“TechCrunch”ın qiymətləndirməsinə görə, “Fidelity” “X”ə sərmayə etdiyi dövrdə sosial şəbəkənin dəyəri 44 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər