10 C
Baku
Saturday, November 23, 2024

Maskın “Neuralink” şirkəti $280 mln. cəlb edib

Beyin çipləri istehsal edən “Neuralink” şirkəti Piter Tilin fondundan 280 milyon dollar cəlb edib. Xatırladaq ki, iyun ayında “Neuralink”in 5 milyard dollar dəyərində qiymətləndirildiyi məlum olub.

“Biz “Neuralink”in inkişafındakı yeni fəsildən çox həyəcanlıyıq”, – deyə şirkət “X” (keçmiş “Twitter”) hesabında yazıb.

Startapın dəyəri 2021-ci ildən bəri 3 milyard dollar artıb. Mayın sonunda “Neuralink” insanlar üzərində klinik sınaqlar keçirmək üçün icazə alıb. Təsdiq ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən verilib. İlon Mask ilk insan sınaqlarının 2023-cü ildə keçirilə biləcəyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər