-1 C
Baku
Sunday, December 15, 2024

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq xəbəri fonunda $37 mlrd. artıb

“Bloomberg Billionaires Index”in məlumatına görə, sahibkar İlon Maskın sərvəti son beş gündə 37.3 milyard dollar artıb. Bu, 2022-ci ilin martından bəri milyarderin mənfəətində ən böyük həftəlik artımdır. Xatırladaq ki, bir gün əvvəl “Tesla” səhmləri Çin texnologiya şirkəti “Baidu” ilə potensial əməkdaşlıq xəbərləri fonunda bahalaşıb.

Təkcə aprelin 29-da İlon Maskın sərvəti “Bloomberg” reytinqinə görə 18.5 milyard dollar artaraq 201.5 milyard dollar təşkil edib. Eyni zamanda, “Tesla” səhmləri həmin gün 17.76% artıb.

Aprelin 28-də İlon Mask Çinə gəlib və ölkənin Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb. “Bloomberg”in mənbələrə istinadən verdiyi məlumata görə, milyarder “Baidu” ilə əməkdaşlığa razılaşıb.

Agentliyin məlumatına görə, “Tesla” şirkəti “Baidu” ilə birlikdə FSD avtonom sürücülük proqramını həyata keçirmək üçün xəritəçəkmə və naviqasiya sistemlərini inkişaf etdirəcək.

Son xəbərlər
Digər xəbərlər