Maskın sərvəti “Tesla” səhmlərinin çöküşündən sonra $13 mlrd. azalıb

İlon Maskın sərvəti “Tesla” səhmlərinin 8.5% ucuzlaşmasından sonra 13 milyard dollar azalıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, investorları şirkətin 1.5 milyard dollar sərmayə qoyduğu bitkoin kriptovalyutasının kəskin ucuzlaşması qorxuzub.

Qeyd edək ki, hal-hazırda sahibkarın sərvəti 169.1 milyard dollar təşkil edir, günlük azalma təxminən 7.17% olub.

Bazar ertəsi günü “Tesla” səhmlərinin kəskin ucuzlaşması müşahidə olunub – qiymətli kağızların qiyməti 714.5 dollara enib. Bu, son beş ayda ən böyük azalmadır.

Ümumiyyətlə, 22 fevral digər texnologiya nəhəngləri üçün də uğursuz olub: “Apple” – 2.98%, “Amazon” – 2.13%, “Microsoft” – 2.68% ucuzlaşıb. Nastaq birjasında “texnoloji” indeks 2.5% azalıb, Dow Jones birjasında isə “sənaye” indeksi 0.1% artıb.

Hal-hazırda İlon Mask dünyanın ikinci ən zəngin adamıdır. Reytinqin lideri Ceff Bezos (185.6 milyard dollar), üçüncü namizədi isə Bernar Arnodur (158.9 milyard dollar).


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.