6 C
Baku
Bazar, Yanvar 16, 2022

Maskın sərvəti “Tesla” səhmlərinin ucuzlaşması fonunda $15.2 mlrd. azalıb

Amerikalı sahibkar, “Tesla”nın baş direktoru və “SpaceX”in qurucusu İlon Maskın sərvəti “Tesla” səhmlərinin ucuzlaşmasından sonra 15.2 milyard dollar azalaraq 268.9 milyard dollar təşkil edib.

Banker.az xəbər verir ki, dekabrın 4-dən etibarən Maskın şirkətlərinin qiymətli kağızları inflyasiyanın artması qorxusu fonunda ucuzlaşmağa başlayıb. Eyni zamanda bu prosesə ABŞ-da pul-kredit siyasətinin mümkün sərtləşdirilməsi də təsir edib.

“Bloomberg Billionaires Index”in nəticələrinə görə, iki gün sonra sahibkarın aktivləri 269 milyard dollara çatıb. O, hələ də bu reytinqdə birinci pillədə qalır.

Noyabrın 10-da iş adamı “Tesla” səhmlərinin qiymətlərinin aşağı düşməsi fonunda 50 milyard dollardan çox itirib. Bir gün əvvəl şirkətin səhmləri 893 avroya düşüb ki, bu da 12.76% eniş deməkdir. Ümumilikdə, planetin ən varlı adamı iki gündən 50 milyard dollardan çox pul itirib.

Son xəbərlər
Oxşar xəbərlər