2 C
Baku
Saturday, December 14, 2024

Maskın sərvəti “Twitter”i alandan sonra $29 mlrd. azalıb

“Tesla”nın qurucusu və rəhbəri İlon Mask “Twitter”i alandan sonra 29 milyard dollar itirib. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, aprelin 27-si səhər saatlarında milyarderin sərvəti 239.2 milyard dollar təşkil edib. Buna baxmayaraq, o, dünyanın ən varlı adamı olmağa davam edir.

Bildirilir ki, elektrik avtomobil istehsalçısının kapitallaşmazı bir gündə 130 milyard dollar azalıb. Bu o deməkdir ki, Mask 24 saatdan az müddətdə Donald Trampın sərvətinin doqquz misli qədər pul itirib.

Vurğulandığı kimi, Maskın sərvətinin əsas hissəsi “Tesla” səhmləri ilə bağlıdır. O, şirkətdə 21% paya sahibdir. İnvestorlar əmin deyillər ki, milyarder effektiv şəkildə üç şirkəti idarə edə biləcək – “Tesla”, “SpaceX” və “Twitter”.

Bu narahatlıqlar qismən reallaşıb: aprelin 25-i Mask sahib olduğu “Tesla” səhmlərini girov qoyaraq 12.5 milyard dollar məbləğində marjinal kredit götürəcəyini açıqlayıb. Sahibkar özü mövzunu şərh etməyib.

Son xəbərlər
Digər xəbərlər