Milyarder İlon Maska məxsus olan “SpaceX” şirkəti 2021 və 2022-ci ildə aldığı bitkoinləri 373 milyon dollara satıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. “The Wall Street Journal” yazır ki, Mask 2021-ci ildə şirkətin müəyyən miqdarda kriptovalyuta əldə etdiyini bildirsə də, aktivlərin məbləğini açıqlamayıb.
“Ötən il və 2021-ci ildə “SpaceX” ümumilikdə 373 milyon dollar dəyərində kriptovalyuta satıb. “Tesla” da oxşar yanaşma nümayiş etdirir”, – mesajda deyilir.
Xatırladaq ki, son 24 saat ərzində bitkoinin qiyməti demək olar ki, 11% ucuzlaşıb. Sikkənin məzənnəsi 26 min dollardan yuxarı diapazonda sabitləşsə də, ticarət edilən bitkoinlərin sayı artarsa, qiymət aşağı düşə bilər.
Avqust ayında İlon Mask sosial şəbəkə fırıldaqları haqqında xəbərdarlıq etdikdən sonra “X”in heç vaxt öz tokenlərini buraxmayacağını söyləyib.