22 C
Baku
Saturday, June 7, 2025

Maskın “xAI” startapı 300 milyon dollarlıq səhmlərini satır

İlon Maskın “xAI” startapı 113 milyard dollar qiymətləndirmə ilə 300 milyon dollarlıq səhmlərini satır, bu barədə “Financial Times” qəzeti yazıb. “xAI” şərh verməkdən imtina edib.

FT-nin mənbələrindən birinə görə, şirkət ikinci səhm təklifindən sonra daha böyük investisiya raundunu planlaşdırır. 2025-ci ilin aprelində “Bloomberg” mənbələri “xAI Holdings”in 120 milyard dollar dəyərində 20 milyard dollar cəlb etməyi planlaşdırdığını söyləyib.

Müqavilə Maskın bir gün əvvəl “X/xAI” və “Tesla”ya son dərəcə diqqətli olması lazım olduğunu dedikdən və ABŞ-nin Hökumətin Səmərəliliyi İdarəsindəki (DOGE) vəzifəsindən istefa verməsindən sonra bağlanıb.

Son xəbərlər
Digər xəbərlər