9 C
Baku
Monday, December 23, 2024

Maskın “xAI” startapı $45 mlrd. qiymətləndirmə ilə $5 mlrd. cəlb edib

Maskın “xAI” startapı 45 milyard dollar qiymətləndirmə ilə 5 milyard dollar cəlb edib, bu barədə “Financial Times” yazıb. Bu ayın sonunda “WSJ” şirkətin 40 milyard dollar dəyərində dəyər qazanmağı hədəflədiyini bildirmişdir.

Məlumata görə, maliyyə raundunda iştirak etmək üçün “çoxlu” müraciətlər olub, lakin raundda yalnız şirkətə daha əvvəl sərmayə qoyan investorlar iştirak edib. Onların kim olduğu açıqlanmır.

Sonuncu dəfə “xAI” 2024-cü ilin mayında investisiya cəlb edib. Onda startap 24 milyard dollar qiymətləndirmə ilə 6 milyard dollar toplayıb. Raundda “Andreessen Horowitz”, “Sequoia Capital”, “Valor Equity Partners” və başqaları iştirak edib.

Nəşr qeyd edir ki, ilon Maska məxsus daha bir şirkət “SpaceX” dekabrda bir ədədi 135 dollar qiymətinə səhm satışına hazırlaşır. Bu halda şirkətin dəyəri 250 milyard dollardan çox olacaq.

İlon Mask rəsmi olaraq “xAI”ni 2023-cü ilin iyulunda işə salıb. Noyabr ayında startap sorğu əsasında mətn yaradan “Grok” neyron şəbəkəsini təqdim edib. 2024-cü ilin avqustunda isə “Grok-2” və “Grok-2 mini” işə düşüb.

Son xəbərlər
Digər xəbərlər