27 C
Baku
Saturday, July 27, 2024

Mastercard 1 aprel tarixindən etibarən maliyyə direktorunun dəyişəcəyini açıqlayıb

Mastercard Inc maliyyə direktoru olan Martina Hund-Mejean, 10 ildən artıq tutduğu vəzifəsindən ayrılacaq.


Banker.az bildirir ki, “1 aprel tarixindən etibarən maliyyə direktoru vəzifəsini Sachin Mehra icra edəcək.”


Mehra 2010-cu ildən başlayaraq Mastercard-da işə başlamışdır. Əvvəllər Hess Corporation, General Motors və Nyu-York, Sinqapur, Belçika və Şanxay şəhərlərində GMAC maliyyə sahələrində vəzifələr tutub.


Mastercard Inc. – dünyanın ən böyük ödəmə sistemlərindən birinin operatorudur.


Bu ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayı ildə 22 milyarddançoxdur. 31 dekabr tarixinə şirkət 2,5 milyard Mastercard və Maestro kartlarını buraxıb.

Son xəbərlər
Digər xəbərlər