Mastercard Inc maliyyə direktoru olan Martina Hund-Mejean, 10 ildən artıq tutduğu vəzifəsindən ayrılacaq.
Banker.az bildirir ki, “1 aprel tarixindən etibarən maliyyə direktoru vəzifəsini Sachin Mehra icra edəcək.”
Mehra 2010-cu ildən başlayaraq Mastercard-da işə başlamışdır. Əvvəllər Hess Corporation, General Motors və Nyu-York, Sinqapur, Belçika və Şanxay şəhərlərində GMAC maliyyə sahələrində vəzifələr tutub.
Mastercard Inc. – dünyanın ən böyük ödəmə sistemlərindən birinin operatorudur.
Bu ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayı ildə 22 milyarddançoxdur. 31 dekabr tarixinə şirkət 2,5 milyard Mastercard və Maestro kartlarını buraxıb.