9 C
Baku
Thursday, December 12, 2024

“Mastercard” a Çin bazarında işləmək icazəsi verildi – 27 trln. dollarlıq bazara giriş qazandı

“Mastercard Inc” şirkətinə Çin bazarında işləmək icazəsi verilib. Qeyd edək ki, Çin bazarının həcmi 27 trilyon dollar təşkil edir.

“Mastercard” və onun Çin tərəfdaşı “NetsUnion Clearing Corp” klirinq biznesinə başlamaq üçün hazırlıqlar görürlər, bütün proseslər bir il ərzində başa çatacaq.

Banker.az xəbər verir ki, bu haqda Çin Xalq Bankı məlumat verib.

“Mastercard” Çin hökumətinin qərarını “həvəsləndirici” adlandıraraq, bu bazarın şirkət üçün vacib olduğunu qeyd etdi.

“Mastercard” və “Visa” uzun müddətdir ki, mobil ödənişlər bumu olduğu Çin bazarına çıxa bilməkdiləri üçün şikayət ediblər. 2018-ci ildə bu ölkənin mobil ödəmə bazarının həcmi 190 trilyon yuanı (27 trilyon dolları) ötmüşdür.

2019-cu ilin sentyabr ayının sonuna olan məlumata görə, Çində dövriyyədə olan bank kartlarının sayı 8,2 milyard olub, onların 90%-i debet kartlarının payına düşür.

Çin Xalq Bankının qərarı göstərir ki, Pekin xarici şirkətlərin maliyyə bazarlarına çıxışını sürətləndirmək barədə verdiyi vədləri uğurla yerinə yetirir. Bu ilin yanvar ayında ABŞ ilə imzalanan ticarət müqaviləsi çərçivəsində ÇXR səlahiyyətliləri “Mastercard”, “Visa” və “American Express” (AmEx) daxil olmaqla elektron ödəmə xidmətləri təminatçılarının müraciətlərinə 90 gün ərzində baxacaqlarına söz veriblər.

Son xəbərlər
Digər xəbərlər