Mastercard-a yeni direktor təyin olunub

0

Bu posta daha əvvəl SapientRazorfish agentliyində analoji vəzifədə çalışmış  Donald Chesnut dəvət edilib.

Donald Chesnut 14 yanvar tarixində ödəniş sistemində işə başlayacaq. Onun bu vəzifəyə təyin olunması, istehlakçı məhsulların inkişafı və müştərilərlə qarşılıqlı əlaqə metodların rolunun artırılması tendensiyasını əks etdirir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Müştərilərə aydın, ardıcıl və səmərəli təcrübəni təmin edən həll yollarının təqdim etmək bacarığı, liderlərin fərqləndirici xüsusiyyətlərindən biridir,- deyə Michael bildirib,-Donaldın zəngin təcrübəsi və onun müxtəlif ölkələrin aparıcı markaları ilə fəal işi, bizim mövcud fəaliyyətimizin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün dayanıqlı təməl yaradacaqdır”.

Mastercard-a qoşulmadan əvvəl, D. Chesnut, SapientRazorfish-də müştəri əlaqələri direktoru vəzifəsini tutmuşdur.

2017-ci ildə bu mövqeyə keçmədən əvvəl D. Chesnut, bu agentliyin əsas yaradıcı direktoru kimi işləmiş və istehlakçı təcrübəsinin dizaynına da rəhbərlik etmişdir.