6 C
Baku
Sunday, December 15, 2024

MasterCard Avropada kontaktsız ödənişlər limitini artıracaq

MasterCard ödəniş sistemi bütün Avropa üzrə mobil cihazlarla kontaktsız ödənişlər limitini artırmağı planlaşdırır. Alıcılar öz smartfonlarından sürətli ödənişi nisbətən bahalı məhsullar üçün həyata keçirə biləcək.

Apple Pay istifadəçiləri öz smartfonlarından dəyəri £30-dan çox olan alış-verişlər üçün istifadə edə bilərlər.

2017-ci ildə artıq Avropadakı bütün kontaktsız ödəniş etmək imkanı verən terminallar yalnızca bahalı məhsullar üçün ödənişi qəbul edəcək.

Bu addım kontaktsız ödəniş populyarlığının sürətlə artması fonunda atılmışdır. Son 12 ay ərzində Avropada kontaktsız ödəniş etmək imkanı verən mağazaların sayı 64% artmışdır. 2015-ci ilin ikinci rübündə illik hesablama ilə kontaktsız ödənişlərin həcmi 170% yüksəlmişdir.

Son xəbərlər
Digər xəbərlər