36 C
Baku
Tuesday, August 16, 2022

“Mastercard” Azərbaycanda nağdsız ödənişləri stimullaşdıracaq

“Bir çox Azərbaycan vətəndaşları Türkiyədə tibbi xidmətlərdən istifadə edir. Bunu nəzərə alaraq Türkiyədəki xəstəxanalara tövsiyyə etdik ki, Azərbaycandan gələnlər “MasterCard”la ödəniş etdikdə onlara müəyyən güzəştlər edilsin”.

Bunu jurnalistlərə açıqlamasında “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, artıq Türkiyədəki bəzi xəstəxanalar bu çağırışa müsbət cavab verib və azərbaycanlı pasinetlərə endirim edir.

“Biz Azərbaycanda nağdsız ödənişlərin artmasında maraqlıyıq. Bu səbəbdən gələn il nağdsız ödənişlərlə bağlı kampaniya keçirməyi planlaşdırırıq. Bu barədə növbəti aylarda ətraflı məlumat verəcəyik”, – o qeyd edib.

©Report

Son xəbərlər
Oxşar xəbərlər