-3 C
Baku
Sunday, December 15, 2024

“MasterCard” Azərbaycana fırıldaqçılıq sahəsində son tendensiyalar barədə tövsiyələr verib

Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının inkişaf etməsi, ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması və bu hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən Ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupunun növbəti görüşü keçirilmişdir.

Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, ölkənin bir sıra kommersiya bankları, prosessinq xidmət mərkəzləri və hüquq mühafizə orqanlarının ekspertlərindən ibarət İşçi Qrupunun görüşünə dəvət olunmuş “Mastercard Worldwide” beynəlxalq kart təşkilatının ödəniş kartları üzrə risklər sahəsində biznes lideri Cem Kibaroğlu çıxış edərək, beynəlxalq təcrübədə fırıldaqçılıq sahəsində son tendensiyalar və onlara qarşı preventiv mübarizə tədbirləri barədə ətraflı məlumat və müvafiq tövsiyələr verdi.

Ümumiyyətlə ötən dövr ərzində İşçi Qrupu tərəfindən bankların aidiyyəti mütəxəssisləri üçün beynəlxalq kart təşkilatları ilə birlikdə risklərin idarə olunması, elektron ödənişlərdə kibercinayətkarlıq hallarının aradan qaldırılması istiqamətində bir sıra seminarlar keçirilmiş, müxtəlif normativ hüquqi aktların müzakirəsi, kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanmış və digər tədbirlər həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər