3 C
Baku
Saturday, December 14, 2024

“Mastercard” Azərbaycanda nümayəndəlik açır

Bu gün “Mastercard” şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən “Mastercard” şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə meneceri Yasemin Bedir Azərbaycanın “Mastercard” üçün olduqca önəmli bir bazar olduğunu bildirib: “Artıq 20 ilə yaxındır Azərbaycan bazarındayıq, 28 bankla əməkdaşlıq edirik. Bundan sonra da Azərbaycanda fəaliyyət göstərən banklar və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bununla yanaşı, Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq. “Mastercard” olaraq biz Azərbaycanın böyük potensialına və ölkənin parlaq gələcəyinə inanırıq”.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç isə vurğulayıb ki, hazırda Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur: “Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib”.

Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan A. Meriç “Mastercard”ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb: “Araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar”.

QafqazInfo

Son xəbərlər
Digər xəbərlər