9 C
Baku
Friday, December 13, 2024

“Mastercard” Azərbaycanla əməkdaşlığı uğurlu sayır

Prezident İlham Əliyev Davosda “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərində bu reallaşıb.

Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə “Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirdi. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Mastercard”dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirdi. Dövlətimizin başçısı bu layihələrdə “Mastercard”ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Son xəbərlər
Digər xəbərlər