10 C
Baku
Wednesday, December 11, 2024

Mastercard blockchain əsasında ödəniş emalı sistemini yaradır

Mastercard şirkəti blockchain texnologiyası əsasında ödənişlərin emalı sisteminin yaradılması ilə bağlı patent ərizəsi təqdim edib.

Banker.az xəbər verir ki, sözügedən bu sistem məhsul və xidmət qarşılığında ödəniş qismində hesaba ani pul yatırımlarını həmçinin transsərhəd ödənişlərin çox qısa zaman ərzində emalını təmin edir.

Sistemin bir çox digər üstün cəhətləri mövcuddur. O tranzaksiya barəsində bütün lazımi məlumatları saxlayacaq: ödənişin həcmi, ödənişin həyata keçirilməsinə zəmanət, qarşılıqlı hesablar və ödəniş barəsində məlumatlar. Bundan əlavə, həyata keçirilən tranzaksiyanın şəffaflığına zəmanət verilir. Sistem sayəsində göndərilən pulları elə o andaca görmək mümkündür və emal prosedurunun həyata keçməsini gözləmək mütləqliyi yoxdur.

Bu Mastercard ödəniş şirkətinin blockchain texnologiyasından istifadə edərək yaratdığı ilk layihə deyil. Belə ki, şirkət keçən ay banklara ödənişlərin emal edilməsi prosesini sürətləndirməyə imkan verən, blockchain əsasında yaradılmış platformanı işə saldığını elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər