22 C
Baku
Monday, May 20, 2024

MasterCard brendinin tarixi

MasterCard – dünyanın ən böyük ödəniş sistemidir, o üzvlərinə kredit, elektron, firmalararası, depozit və digər proqramların həyata keçirilməsində hərtərəfli kömək edir.

MasterCard-ın idarəçiliyi altında hamıya yaxşı tanış olan və hər yerdə ödəniş vasitəsi kimi qəbul olunmuş – MasterCard, Cirrus və Maestro kimi bank ödəniş kartları fəaliyyət göstərir. Bugünkü gün MasterCard şirkəti dünyanın hər yerindən maliyyə təşkilatları, müəssisə və fiziki şəxslərə xidmətlər göstərir. Heç bir istənilən kredit və debit kartı bu şirkətin ödəniş kartları qədər əhatə dairəsi ilə öyünə bilməz. 

Dünyanın 37 ölkəsində şirkətin nümayəndəlikləri fəaliyyət göstərir: Avstraliya, Belçika, Braziliya, Kanada, Dubay, Fransa, Hindistan, Yaponiya, Cənubi Afrika, Tailand və s. Şirkətin baş ofisi isə ABŞ-da, Perçeyz şəhərində yerləşir (Nyu-York ştatı)

Mütəxəssislərin qənaətinə görə, getdikcə daha çox insan həyatının bütün sferalarına daxil olan nağdsız hesablaşmalar bizim gələcəyimizdir. Təbiidir ki, MasterCard geniş diapazonlu proqramlar təklif edərək, daha da məşhurlaşır və əlçatan olur.

MasterCard kompaniyasının tarixi keçən əsrin 40-cı illərinin sonu 50-ci illərdən başlamışdır. Həmin dövrlərdə Birləşmiş Ştatların bir sıra banklarında regionun mağazalarında hesablaşmaların həyata keçirilməsində pulu əvəz edə biləcək xüsusi kağız sənədlər buraxılmağa başlandı.

1 8

Lakin ilk həqiqi kredit kartlarının yaranma tarixi 1951-ci il hesab olunur. Öz müştərilərinə kredit kartlarını təklif edən Nyu-York-un FranklinNationalBank-ı nağdsız pul hesablaşmalarının təşəbbüsçüsü hesab olunur.

1966-cı ildə Amerikada ödəniş kartlarının buraxılışı ilə məşğul olan bir qrup bank tərəfindən Banklararası ödəniş kartları assosiasiyası (İCA) yaradılır, daha sonralar adı dəyişdirilərək MasterCard International olur.

Iki ilk sonra MasterCard International Meksika bankı BancoNacional-la birgə assosiasiya yaradırlar. Paralel olaraq, Eurocard (Avropa ödəniş kartları sistemi) ilə ittifaq yaradılır, assosiasiyaya Yaponiyanın öncül bankları da qoşulur. 70-ci illərin sonunda assosiasiyaya Avstraliya və Afrikanın maliyyə təşkilatları da daxil olur. Assosiasiyanın beynəlxalq xarakterini açmaq üçün İCA adı MasterCard International adı ilə dəyişdirilir.

Assosiasiya 80-ci illərdə Latın-amerikan və Asiyadan olan təşkilatların MasterCard International-a qoşulması hesabına daha da genişlənirdi. Çin bazarı yalnız 1987-ci ildə MasterCard-la tanış olur, bir il sonra isə Sovet İttifaqında ilk ödəniş kartı buraxıldı.

2002-ci ildə Europay International və MasterCard International-ın birləşməsi nəticəsində MasterCard Europe yaranır. Eyni zamanda MasterCard International özəl səhmdar şirkətə çevrilir. Bu bank assosiasiyasından yaranmış ilk özəl səhmdar şirkətdir.

33 100

Dünyanın 210 ölkəsində nağd pul verən istənilən ticarət nöqtəsi, bankomat və digər punktlarda MasterCard ödəniş vasitəsi kimi qəbul olunur.
1980-ci ildən etibarən MasterCard International şirkəti bir çox sahə və innovativ istiqamətlərdə birinci olmuşdur. Ilk “qızıl” bank kartı 1981-ci ildə buraxılıb. 1983-cü ildən etibarən fırıldaqçılardan kartı qoruyan lazer holoqramdan istifadə olunur. 1987-ci ildə MasterCard Çində fəaliyyətə başlayır, bir il sonra isə MasterCard haqqında Sovet İttifaqında danışılmağa başlanır.

1989-cu ildən başlayaraq, MasterCard bank kartlarında imza üçün qoruyucu zolaqlardan istifadə olunmağa başlanır. 1990-cı ildə şirkət tərəfindən həyata keçirilən “co-brending” (hərfi mənada brendlərin birləşməsi) strategiyası onu bu sahədə liderə çevirir.

Maestro proqramı – dünyada ilk qlobal onlayn debet proqramı 1991-ci ildə MasterCard-ın Europay International-la əməkdaşlığı nəticəsində buraxılmışdır. Artıq bir il sonra Maestro kartları vasitəsilə ABŞ-da tarixdə ilk dəfə olaraq, qitələrarası onlayn debet əməliyyatı keçirilir.

Şirkət 1997-ci ildə Mondex International-ın səhmlərinin 51%-i əldə edir. Mondex International pulları istənilən valyutada nağd vəsaitə çevirən yeganə elektron kart istehsalçısı idi. Elə bu ildəcə, MasterCard və MYCALCardCompany (Yaponiya) ənənəvi kredit kartlarını, əsasında MULTOS əməliyyat sistemi duran multi-operativ çipli kartlarla əvəz edir.

Kart vasitəsilə Birləşmiş Ştatların xəzinə bilətlərinin ilk onlayn alışı 1999-cu ildə həyata keçirilmişdir.
MasterCard aktiv olaraq, istehlakçıya istiqamətlənmiş və ödəniş prosesini əhəmiyyətli dərəcədə sadələşdirən ən yeni texnologiyalardan istifadə edir.

OneSMART PayPass kimi kontaktsız ödəniş kartları – dövrün tələblərindən biridir. Ödənişi həyata keçirmək üçün kart sahibi yalnız terminala kartı toxundurur. Mahiyyət etibarilə, istehlakçı vaxtına qənaət edir və pərakəndə ticarət müəssisəslərinin bir çox üstünlükləri yaranır.

3 83

PayPass effektiv, təhlükəsiz, etibarlı və funksional həllə görə European Payments Consulting Association (EPCA) tərəfindən mükafata layiq görüldü. 2004-cü ildə isə MasterCard OneSMART PayPass kontaktsız kartı ilin ən innovativ ödəniş həlli kimi qiymətləndirilmişdi.

MasterCard brendi altında birləşən məhsullar: MasterCard Standart kredit kartları (MasterCard Electronic, Family Card, MasterCard ödənilmiş hədiyyə kartları), MasterCard Premium kredit kartları (MasterCard Gold, MasterCard Platinum və WorldSignia), MasterCard korporativ kartları (geniş kart seçimi və köməkçi proqramlar), Maestro debet kartı (o cümlədən, Maestro hədiyyə və korporativ kartları), MasterCard debet kartları.

MasterCard dünyanın və Avropanın ən böyük futbol çempionatlarına sponsorluq edir. 1990-cı ildə şirkət FİFA Dünya kuboku, 1992-ci ildən futbol üzrə Avropa çempionatı, 1994-cü ildə isə UEFA Çempionlar Liqası ilə əməkdaşlıq edir.

Dünya futbolunun əfsanəsi Pele və Avropanın “ulduz” futbolçusu Yürgen Klinsman MasterCard-ın rəsmi nümayəndələridir.

MasterCard/Cirrus kartından hətta Antarktidada da – bankomat olan elmi tədqiqat stansiyalarında istifadə etmək mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər