Dünyanın ən geniş yayılmış ödəmə sistemlərindən biri olan “Mastercard”, avqustun 11-dən etibarən dollar və avro kartları üzrə konvertasiya qaydalarını dəyişir. Banker.az xəbər verir ki, bu barədə onun Rusiya banklarına göndərdiyi 16 iyun tarixli bülletendə deyilir.
Qeyd edək ki, hal-hazırda mal və xidmətlər kartın buraxıldığı valyutadan başqa bir valyuta ilə alındıqda, əməliyyatın konvertasiyası ödəmə sistemin klirinq tarixindəki (banklar arasında hesablaşma) məzənnəsinə uyğun baş verir. Yəni, məzənnə ödəniş edildikdən bir neçə gün sonra etibarlı olur. Buna görə müştəri bu müddət ərzində məzənnə əlverişsiz istiqamətdə dəyişildiyi təqdirdə, gözlədiyindən daha çox pul ödəmək təhlükəsi ilə üzləşir.
“Mastercard” banklara göndərdiyi məktubda bildirir ki, onun məzənnə şəffaflığını təmin etməkdə əsas məqsəd istehlakçı təcrübəsini yaxşılaşdırmaqdır.
Bu dəyişikliklər “Mastercard”a nə üçün lazımdır
Mütəxəssislərin fikrincə, ödəmə sisteminin bu addımı daha əlverişli konvertasiya şərtlərini təklif edən fintex startapların sayının artması və müvafiq olaraq, rəqabətin sərtləşməsi ilə əlaqəli olub.