10 C
Baku
Tuesday, November 26, 2024

Mastercard dünyanın ən çox səfər edilən şəhərlərinin siyahısını tərtib etdi

Mastercard şirkəti özünün illik Global Destinations Cities Index hesabatını təqdim etdi. Şirkət təqdim etdiyi hesabatda dünyanın ən çox səfər edilən şəhərlərini, həmçinin turistlərin burada xərclədikləri məbləğin həcmini təhlil edib.

Araşdırmaya əsasən, Banqkok 2016-cı ilin turistlər tərəfindən ən çox səfər edilən istiqaməti seçilib. Onun ardınca isə London və Paris şəhərləri gəlir.

Azərbaycanlı turistlərin səfər etməyi sevdikləri iqtiqamətlərdən biri olan Dubay Orta Şərq və Afrika regionunda liderlik edir. Ümumi reytinqdə isə 4-cü pillədə qərarlaşıb. Bundan əlavə, Abu-Dabi 81% göstərici ilə ən yüksək artım tempi nümayiş etdirir. Bu artım isə BƏƏ-ni iki il ardıcıl olaraq regionda ən çox səfər edilən və inkişaf edən ölkə edir.

Hesabat özündə dünyanın ən çox səfər edilən 132 şəhərini birləşdirir. Hesabat hazırlanarkən 2016-cı ildə bu və ya digər şəhəri ziyarət edən turistlərin ümumi sayı, onların xərclərinin miqdarı araşdırılmışdır.

Araşdırma ilk dəfə səyahətin məqsədini də nəzərə alıb: iş və yaxud turizm məqsədi ilə. Həmçinin pulun yaşayış, qida və yaxud alış-verişə sərf edildiyi diqqətə alınıb. 2016-cı ilin hesabatına əsasən, Şanxay istisna olmaqla Top-20 şəhərə səyahət edən turistlər buraya turist qismində gəlmişlər. Bu şəhərdə turistlər əsas olaraq alış-verişə, qidalanmaya xərcləmişlər.

Hesabat həmçinin regionlardan hər biri üzrə ən çox səyahət edilən istiqamətləri də təyin edib. Asiya-Sakit okeanı regionu dünya reytinqinə rəhbərlik etməklə yanaşı, sürətlə inkişaf edən istiqamətlərin ilk onluğuna da daxil olub. London Paris, İstanbul, Barselona və Amsterdam şəhərlərini geridə qoymaqla dünyada ikinci, Avropada isə birinci istiqamət seçildi.

Son xəbərlər
Digər xəbərlər