28 C
Baku
Saturday, July 27, 2024

“Mastercard” ın xalis mənfəəti 2019-cu ildə 39% artıb

2019-cu ildə dünyanın ən böyük ödəmə sistemlərinin birinin xalis mənfəəti 2018-ci il ilə müqayisədə 39% artıb – 8,118 milyard dollaradək.

Banker.az xəbər verir ki, bu haqda şirkətin hesabatlarında qeyd edilir.

Bir səhmdən 7,98 dollar qazanc əldə edilib. Xatırladaq ki, 2018-ci ildə bu məbləğ 5,63 dollar təşkil edib. İllik ifadədə “Mastercard” ın gəlirləri 13% artaraq 16,88 milyard dollara çatıb.

Dördüncü rübün nəticələrinə görə, şirkətin xalis mənfəəti iki dəfə artıb – 2,1 milyard dollara qədər. Bir səhmdən 2,08 dollar qazanc əldə edilib. Hesabat rübündə gəlirlər illik müqayisədə 16% artaraq 4,41 milyard dollara çatıb.

31 dekabr 2019-cu il tarixində şirkət 2,6 milyard ədəd “Mastercard” və “Maestro” kartını buraxıb.

İlkin tenderdə şirkətin səhmləri 1,43%-dək artır.

Son xəbərlər
Digər xəbərlər