12 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Mastercard” insanı yerişindən tanıyan texnologiya əsasında yeni ödəniş sistemini yaradacaq

“Mastercard” biometrik məlumatlara əsaslanan yeni ödəniş sistemini yaratmaq istəyir. Şirkət nəqliyyat şirkətləri ilə insanı yerişindən tanıyan texnologiyasının tərtib edilməsi barədə danışıqlar aparır.

Banker.az xəbər verir ki, bu haqda “Mastercard” ın kibernetik və intellektual həllər üzrə prezidentinə istinadən “Marketwatch” yazır.

Onun sözlərinə görə, gələcəkdə bu texnologiya ictimai nəqliyyatda da istifadə edilə bilər. “Mastercard” turniketlərə yaxınlaşan sərnişinləri müəyyən edəcək kameralar quraşdırmağı təklif edir. Sistem insanı tanıdıqdan sonra, ona turniketdən keçməyə icazə verir. Qeyd edildiyi kimi, gediş haqqı sərnişinin kredit kartından və ya sosial kredit hesabından çıxılır.

Xatırladaq ki, daha əvvəl “Amazon” internet-riteyleri müştərilərə bank kartı və ya smartfon əvəzinə, əlin içi ilə ödəniş etməyə imkan verən texnologiyanın yaradılması barədə məlumat vermişdir. Mənbələrin verdiyi məlumata görə, “Amazon” yeni terminalları kafe, restoran və digər ticarət nöqtələrində quraşdıracaq.

Son xəbərlər
Oxşar xəbərlər