14 C
Baku
Friday, November 22, 2024

“Mastercard” işçilərinin 3%-ni ixtisar edir

“Mastercard” beynəlxalq ödəniş sistemi regionlar və müəssisələr arasında resursların yenidən bölüşdürülməsi ilə bağlı dəyişiklikləri açıqlayıb. Şirkət dünya üzrə işçilərinin 3%-ni ixtisar edəcək. 2023-cü ilin sonundakı məlumatlara əsasən, söhbət təxminən 1 min nəfərdən gedir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Biz bu yaxınlarda təşkilati dəyişiklikləri elan etdik, böyüməni sürətləndirmək və uzunmüddətli perspektivdə investisiya potensialını artırmaq üçün resursları regionlar və müəssisələr arasında yenidən bölüşdürdük”, – “Mastercard” nümayəndəsinin açıqlamasında deyilir.

“Mastercard”ın ilin birinci yarısında xalis mənfəəti 20.4% artaraq 6.3 milyard dollara yüksəlib. 2023-cü ilin sonuna olan məlumata görə, şirkətin işçilərinin 33.4 min nəfəri, təxminən 67%-i ABŞ-dən kənarda, 80-dən çox ölkədə işləyir.

Son xəbərlər
Digər xəbərlər