16 C
Baku
Friday, November 22, 2024

“Mastercard” kriptovalyuta bazarına daxil olur

198 ölkədə fəaliyyət göstərən və 22 min maliyyə qurumunu birləşdirən “Mastercard” beynəlxalq ödəniş sistemi kriptovalyuta əməliyyatları ilə işləyəcək yeni ticarət markasının qeydiyyatı üçün müraciət edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, sosial şəbəkələrdə “Mastercard”ın Bitcoin əməliyyatları üçün optimallaşdırılmış proqram təminatı hazırlamağı planlaşdırdığını göstərən skrinşot yerləşdirilib. Skrinşotdan görünür ki, şirkət virtual aktiv təminatçıları arasında əlaqələri azaltmaqla rəqəmsal aktiv əməliyyatlarını asanlaşdırmaq istəyir.

Bu addım “Mastercard”ın kriptovalyuta sektorunda sürətlə artan iştirakı üçün vacibdir. Korporasiya 2021-ci ilin fevral ayında öz şəbəkəsində məhdud sayda kriptovalyuta təklif etmək niyyətini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər