22 C
Baku
Friday, April 19, 2024

“Mastercard” kriptovalyuta ödənişlərini dəstəkləyəcək

“Mastercard” ödəniş sistemi tezliklə banklar və öz şəbəkəsinin satıcıları üçün yeni xidmət yaradacaq.

Banker.az xəbər verir ki, şirkət rəqəmsal ödənişləri məhsullarına inteqrasiya etmək imkanını nəzərdən keçirəcək.

Verilən məlumata görə, sistemin müştəriləri bitkoin-cüzdanlar yarada, kriptovalyutada kredit və debet kartı sifariş edə, hətta loyallıq proqramlarından istifadə edə biləcəklər. Sistemdə toplanan ballar avtomatik olaraq rəqəmsal valyutaya çevriləcək.

Prosesin texniki tərəfini “Bakkt” kriptoşirkəti təmin edəcək. O, rəqəmsal aktivlərin saxlanılması xidmətini göstərir. Qeyd edək ki, “Mastercard”ın açıqlamasından sonra “Bakkt”ın səhmləri 90% bahalaşıb.

Mart ayında “Visa” ödəniş sisteminin kriptovalyuta əməliyyatlarını dəstəkləməyə başlayıb. O, rəqəmsal valyutada əməliyyatların hesablaşmasını təsdiqləyən ilk ən böyük ödəniş sistemi olub.

Sentyabr ayında “Visa” və “Mastercard”ın yeni komissiya tətbiq edəcəyi məlum olub. Banklar “3D Secure” təhlükəsizlik sistemindən istifadə etdiklərinə görə əlavə ödəniş etməli olacaqlar – bu protokol kartla ödəniş edərkən SMS və ya push-bildirişlərindən kodun daxil edilməsini tələb edir. Komissiya bankların xərclərini yüz minlərlə dollar artıra bilər.

Son xəbərlər
Digər xəbərlər