7 C
Baku
Thursday, December 12, 2024

“Mastercard” may ayından banklararası komissiyanın tutulması qaydalarını dəyişdirəcək

“Mastercard” mayın 1-dən etibarən illik dövriyyəsi 13 min dollardan çox olan pərakəndə satış sahələrində taksit proqramı çərçivəsində kredit kartı ilə ödəniş edilərkən banklararası komissiyanın tutulması qaydalarını dəyişdirəcək.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ödəniş sisteminin sənədində deyilir. Əgər müştəri kredit limitindən istifadə etmirsə, “interchange” ortalama 1.6-3% göstərici ilə 0.1%-ə endiriləcək.

Ticarət və xidmət müəssisələri hava və dəmir yolu nəqliyyatı, yanacaqdoldurma məntəqələri və ərzaq satışı seqmentindən belə taksit planında iştirak edə biləcəklər. 2022-ci ildə proqram digər pərakəndə kateqoriyalara daxil edilərək genişləndiriləcəkdir.

Bu dəyişikliklər bank-ekvayerlərə iri ticarət şirkətləri üçün xüsusi şərtlər təklif etməyə, emitent banklara isə platformadan keçən hər əməliyyata görə qazanc götürməyə imkan verəcək. Nəticədə alıcı böyük mağazalarda faizsiz taksitdən yararlana biləcək.

Kartdakı taksit planı iki aydan çox müddətə təklif edilirsə, banklararası komissiya 1.1% artacaq (göstərici maliyyələşdirmə müddətinin uzadılması ilə paralel artacaq). Kredit limitindən istifadə edilmədikdə, “interchange” 0.05-1%-dən aşağı olacaq.

Mütəxəssislərin fikrincə, ekvayrinq komissiyasının məhdudlaşdırılması ödəniş bazarının inkişafına mənfi təsir göstərir. Belə ki, kartların qəbulu üçün tutulan haqqın bir hissəsi POS-terminalların dəstəyinə xərclənir. Eyni zamanda pulun digər hissəsi kart üzrə loyallıq proqramlarının maliyyələşdirilməsinə sərf olunur. Ekvayrinq faizlərinin məhdudlaşdırılması ilə banklar proqramlarını ləğv etməyə başlayırlar ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olmur.

Son xəbərlər
Digər xəbərlər