13 C
Baku
Sunday, September 29, 2024

Mastercard mobil telefonla bankomatdan pul çıxarmağa imkan verəcək

Mastercard şirkəti ənənəvi bankomatlardan nağd pul çıxarmaq üçün innovativ mobil xidmət təqdim edib. Sözügedən bu xidmət Mastercard Cash Pick-Up adlanır.

Banker.az xəbər verir ki, bunun üçün vəsaiti qəbul edən şəxsin telefonuna sifarişin nömrəsi, 4 rəqəmli PIN-kod və ən yaxın bankomata necə çatmaq barəsində mətn mesajı göndərilir. İstifadəçi şifrəni düzgün daxil etdikdən dərhal sonra nağd pul verilməsi baş tutacaq.

Pilot layihə bu ilin sonunda işə salınacaq. Mastercard Cash Pick-Up xidməti ABŞ-da nəhəng özəl bankomat təminatçısı Pay Alliance International da daxil olmaqla, sahənin aparıcı təşkilatlarının dəstəyini qazanıb. Bununla yanaşı, Mastercard şirkəti 2018-ci ildən yeni xidməti bütün ölkə boyu pərakəndə mağazalarda quraşdırılmış bankomatlarda əlçatan etmək istəyir.  

Son xəbərlər
Digər xəbərlər