-1 C
Baku
Saturday, December 14, 2024

“Mastercard”: Nağd pul ən çirkli gündəlik əşya hesab olunur

“Mastercard” şirkəti tərəfindən aparılan araşdırma onu göstərib ki, insanlar nağd pulu – əsginasları və qəpikləri natəmiz və çirkli hesab etsələr də, avropalıların yalnız beşindən biri pula toxunduqdan sonra əllərini yuyur.

Avropanın 12 ölkəsindən olan 9 000 istehlakçı arasında aparılan araşdırmanın nəticələrinə əsasən, nağd pulun ictimai nəqliyyatda əl tutacaqlarından və barda sifariş olunan fındıq kimi ümumi qidadan daha çirkli olmasına baxmayaraq, avropalılar çirkli pul xərcləmə vərdişindən vaz keçməkdə çətinlik çəkirlər.

Tədqiqat çərçivəsində aparılan sorğuda iştirak edənlərin ¾ hissəsi etiraf edib ki, nağd pulun mikroblar daşıdığını nəzərə alaraq, onu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Buna baxmayaraq, araşdırma göstərir ki, insanlar heyvanlara toxunduqdan (46%) və ya ictimai nəqliyyatdan istifadə etdikdən sonra (36%) əllərini yumağa daha çox meyllidirlər.

“Mastercard” və Oksford Universiteti tərəfindən birgə aparılan araşdırmanın nəticələrinə əsasən, bir Avropa əsginası özündə təxminən 26 000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əsginasda mövcud olan bakteriyaların sayı 2 400-ə çatır ki, bu da insan sağlamlığı üçün potensial təhlükədir. Bunu nəzərə alaraq, insanlar anlamalıdır ki, tualet qapısının dəstəyinə, ümumi ərzaq məhsullarına və eskalatorun sürahisinə toxunmaq və digər fəaliyyət növləri kimi nağd pulla təmas da potensial təhlükə rolunu oynayır. Mövsumü qrip və digər xəstəliklərin geniş yayıldığı dövrdə nağd pulla təmas barədə qəbul edilmiş rəsmi beynəlxalq təlimatların olmamasına baxmayaraq, gigiyena baxımından bu dövrdə nağdsız hesablaşmalara keçmək daha məqsədəuyğundur.

Tədqiqat onu da göstərib ki, hər 10 avropalıdan 4-nün (37%) iddiasına görə, daha gigiyenik həyat tərzinə keçid etmək üçün gündəlik həyatlarında ən azı bir kiçik dəyişiklik etməyə hazırdırlar. Bu məqsədlə əksəriyyət nağd pulla müqayisədə kartla və ya nağdsız ödənişə üstünlük verdiklərini bildirib.

“Builki araşdırmanın nəticələrindən daha çox aydın olur ki, nağd pulun gigiyenik problemlərə yol açdığını anlamalarına baxmayaraq, avropalılar onun istifadəsi ilə bağlı vərdişi buraxmaqda çətinlik çəkirlər. Kontaktsız ödənişlər – innovativ pulköçürmə üsulu olmaqla yanaşı, həm də əskinas və qəpiklərdən istifadə zamanı keçə biləcək mikrob və bakteriyaların təsirini minimuma endirir”, – deyə “Mastercard Europe” şirkətinin kontaktsız ödənişlər üzrə rəhbəri Kris Kenqas (Chris Kangas) bildirib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər