11 C
Baku
Wednesday, November 13, 2024

Mastercard ödəniş sistemi selfidən istifadə edəcək

Mastercard beynəlxalq ödəniş sistemi pul köçürmələrinin təsdiqi üçün üz və barmaq izlərinin tanıma proqramını işə salacaq. Bu barədə Trend “Financial Times” qəzetinə istinadən xəbər verir.

Mastercard sisteminin istifadəçiləri öz şəxsiyyətlərini təsdiq etmək və ödənişin həyata keçirməsi üçün selfilərini çəkə və ya barmaq izlərini skan edə biləcəklər.

Bu yenilik parol və pin-kodlardan istifadədən imtina etmək imkanı qazandırır. Belə ödəmə üsulu artıq ABŞ və Niderlandda sınanılıb.

Qəzet yazır ki, yeni sistem bu ilin yayından etibarən ilkin olaraq 14 ölkədə istifadəyə veriləcək. Ölkələrin adı açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər