“MasterCard” ödəmə sistemi öz loqotipindən şirkətin adını götürəcək. Onun üzərində yalnız bir-biri ilə kəsişən qırmızı və sarı dairələr qalacaq.
Banker.az Reporta istinadla xəbər verir ki, bu barədə şirkətin saytına yerləşdirilən məlumatda bildirilir.
Dairələr 50 ildən çox müddət ərzindəödəmə sisteminin brendin insanları qiyməti olmayan vasitələr hesabına birləşdirmək vədini rəmzləşdirən fərqləndirici nişanı olub.
Məlumatda bildirilir ki, dairələr insanları istəklərinə yaxınlaşdırır və onların pul köçürmələrinin təhlükəsiz olduğuna əminlik yaradır.
Şirkətin marketinq və kommunikasiya direktoru Raca Racamannar bildirib ki, insanların 80 faizdən çoxu şirkətin loqotipini “MasterCard” adını göstərmədən tanıyıb.
“Ona görə, biz brendimizin inkişafı istiqamətində növbəti addımı atmağa hazır olduğumuzu hiss etdik”, – deyə o bildirib.
“MasterCard” dünyanın 210 ölkəsində 22 min maliyyə müəssisəsini birləşdirənbeynəlxalq ödəmə sistemidir.
We usually don’t like to name drop, but we think we can make an exception… https://t.co/dBYylvH0MF pic.twitter.com/Qk2Qa4ZJlc
— Mastercard (@Mastercard) January 7, 2019