“2025-ci ildə dünyada 5G-ni dəstəkləyən 5 milyard ədəd cihaz olacaq”.
Bunu “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz deyib.
Onun sözlərinə görə, qarşıdakı ildə 170 ölkədə 5G texnologiyasından istifadə mümkün olacaq.
“Əgər 2019-cu ildə pərakəndə ticarət dövriyyəsində elektron ticarətin payı 14 % idisə, 2023-cü ildə bu rəqəm 22%-ə çatacaq. Artıq bir sıra ölkələrdə kart sahibləri kart məlumatlarını etibarlı mənbələrdə saxlayaraq daha sürətli ödəmə üsulunu seçirlər. Məsələn, Avropada olan kart sahiblərinin 74%-i bu üsuldan istifadə edirlər.
“Mastercard” olaraq biz “Masterpass” xidmətini təqdim etmişik. Hazırda Türkiyədə ödənişlərin 25%-i bu üsulla edilir. Dünyada isə 59 % “Mastercard” sahibləri “Masterpass”dan istifadə edir. Son 1 ildə bu xidmətin istifadəçilərinin sayı 21% artıb”.