9 C
Baku
Friday, December 13, 2024

“MasterCard” rəsmisi: “Azərbaycanda hələ də bankomatdan pul çıxarıb marketdə ödəniş edənlər var”

“Azərbaycanda hələ də bankomatdan pul çıxarıb marketdə ödəniş edənlər var. İnsanlar əvvəlcə marketlərin yanındakı bankomatların qarşısında, sonra isə içəridə – kassalarda növbə gözləyirlər”.

Report agentliyi xəbər verir ki, bunu “SMART tələbə kartı”nın təqdimat mərasimində “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

“Bu isə əlavə vaxt itkisi deməkdir. Əgər insanlar ödənişləri birbaşa kartla etsələr bankomatın qarşısında gözləməyə ehtiyac qalmaz. Onu da nəzərə almaq lazımdır ki, bəzən hansısa malın dəyəri 5 manat deyil, 4,73 manat edir və pulun qalığını almaq olmur. Nağdsız ödəniş etdikdə isə bu problem yaranmır”, – deyə o, qeyd edib. 

Son xəbərlər
Digər xəbərlər