15 C
Baku
Wednesday, April 24, 2024

MasterCard səyahət zamanı nə məsləhət görür?

Hazırda hər kəsin məzuniyyətə yollandığı bir vaxtda MasterCard şirkəti səyahətə yollanan şəxslərə bir neçə məsləhət vermək qərarına gəlmişdir. Plastik kart turistin əlavə risk amili deyil, etibarlı yol yoldaşı olmalıdır. Səyahətdə əhvalınızı korlamamaq üçün sadə məsləhətlərə əməl etmək daha məqsədəuyğun olardı.

Beləliklə, MasterCard şirkəti sizə səyahət zamanı nə məsləhət görür:

Bankı səyahətiniz ilə bağlı məlumatlandırın: Banka getdiyiniz ölkələr, şəhərlər və orada keçirdiyiniz müddət haqqında məlumatlandırsanız, bank da həmin ərazilərdə baş verəcək risklərlə bağlı sizi əvvəlcədən xəbərdar edə biləcək.

Pullarınızın böyük əksəriyyətini kartda saxlayın: Səyahət edərkən bank kartınızı özünüzlə cəsarətlə götürün və ondan yalnızca ödəniş vasitəsi kimi istifadə etməyə çalışın. Lakin bununla belə üzərinizdə bir qədər nağd pulun olması da məsləhətdir.

Pin-kodunuzu mütləq olaraq yadda saxlayın: Yaddaşınızla bağlı probleminiz varsa da belə, pin kodunuzu bir kağız üzərində qeyd edib özünüzlə daşımayın. Birincisi, bu vərəqi itirmək ehtimalınız böyükdür. İkincisi isə, pulqabınız oğurlandıqda qarətçinin işini asanlaşdırmış olursunuz.

Seyfdən istifadə edin: Heç vaxt zinət əşyalarınızı, bahalı saatınızı, pullarınızı, telefonu və s. bu kimi əşyaları otel nömrəsində nəzarətsiz qoymayın. Bu əşyaları mümkün qədər seyfə qoymağı unutmayın.

Üzərinizdə böyük məbləğ daşımayın: Gəzintiyə və yaxud ekskursiyaya gedərkən üzərinizdə çox məbləğ daşımaq mütləq deyil. Onları itirsəniz və yaxud sizi qarət etsələr, onları geri qaytarmaq şansınız demək olar ki, sıfıra bərabərdir. Taksidən istifadə, çay pulu qoymaq və s. bu kimi şeylər üçün üzərinizdə daim xırda pulun olması məsləhətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər