12 C
Baku
Sunday, October 27, 2024

“Mastercard”: “Şamaxıda nəqliyyatda kartla ödəmələr ildə 2 mln ədədə çatacaq”

2021-ci ilin sonuna Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə çatacağı gözlənilir.

Bu barədə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

“Bu 2017-ci illə müqayisədə 79 % artım deməkdir. Belə ki, 2017-ci ildə bu rəqəm 5,8 milyon olub”, – E.Çakar bildirib.

Onun sözlərinə görə, Azərbaycan innovativ təşəbbüslərə daha asan uyğunlaşır:

“Azərbaycanda bir çox innovativ layihələrimiz olacaq. Həmçinin bu vaxta qədər “Bravo” marketlə etdiyimiz kampaniyanı davam etdirəcəyik”.

“MasterCard” rəsmisi Şamaxıda nəqliyyat sistemində kartla ödəmədə böyük uğur əldə edildiyini illik tranzaksiyaların 2 milyona çatdığını qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər