MasterCard ödəniş sistemi smartfonlar üçün nəzərdə tutulmuş tətbiqetməsinə online alış-veriş zamanı selfi və yaxud barmaq izi vasitəsilə ödəniş etmək funksiyasını əlavə etdi.
Yeni xidmət 4 oktyabr tarixindən 12 Avropa ölkəsində fəaliyyət göstərəcək. Verilən məlumatlara görə qalan digər ölkələrdə xidmət 2017-ci ilin əvvəllərindən əlçatan olacaq.
Analitiklərin proqnozlarına əsasən, 2018-ci ildə mobil cihazlar vasitəsilə həyata keçirilən ödəniş həcmi 95 milyard dollara çatacaq.







