MasterCard cari ilin payızında yeni proqramın sınaqdan keçirilməsinə başlanılacağını elan etdi. Belə ki, yeni proqram sayəsində online alış-verişlər zamanı təsdiqetmə istifadəçinin üzünün skan edilməsi, yəni oxunması ilə baş tutacaq.
Son mərhələdə online alış-veriş edən şəxs smartfonun köməkliyi ilə öz şəklini çəkməli olacaq. MasterCard-ın fikrincə bu şifrəni yadda saxlamaqdan daha asandır.
CNN Money-in verdiyi məlumata görə, ödəniş sistemi yeni innovativ qərarla fırıldaqçılıq səviyyəsini azaltmağı planlaşdırır.