14 C
Baku
Saturday, November 23, 2024

Mastercard Ukraynada yeni pul köçürməsi xidməti yaratdı

Mastercard Ukraynada “Karton” adlı yeni unikal online pul köçürmə xidmətini işə saldı. Bu xidmət sayəsində plastik kartın məlumatlarını daxil etmədən sürətli və təhlükəsiz halda pul köçürməsi həyata keçirmək mümkündür.

Servisin xidmətlərindən yararlanmaq üçün karton.ua saytında qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyatdan keçmək üçün isə yalnızca ad, soyad və mobil telefon nömrəsi tələb olunur. Masterpass platformasında rəqəmsal pulqabı istifadəçiləri avtomatik avtorizasiya ilə təmin olunur və rəqəmsal pulqabıya bağlı plastik kart ilə pul köçürməsi etmək imkanı əldə edir.

Həmçinin Karton servisinin köməkliyi ilə kartdan mobil telefon və yaxud e-mailə köçürmə edə bilər. İstifadəçilər kartla bağlı məlumatları, mobil telefon nömrəsini və elektron poçtun ünvanını özündə əks etdirən alıcı şablonu yarada bilər.

Mastercard şirkətinin Ukrayna, Maldova, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə icraçı direktoru Vera Platonova qeyd edib ki, kartdan digər karta pul köçürmələri ölkədə nağdsız əməliyyatların əhımiyyətli hissəsini təşkil edir. Moneysend ilə pul köçürmələrində isə Ukrayna dünyada ikinci pillədədir. Məhz buna görə də istifadəçilərə cəmi bir addımla online olaraq pul köçürməyin müxtəlif variantlarını təklif edən xidmətlərin yaradılması nağdsız iqtisadiyyatın inkişafına doğru daha bir addımdır.

Son xəbərlər
Digər xəbərlər